Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
“24 ildir direktordur, işdən çıxarılmasını istəmirik” - Video
 
						“24 ildir direktordur, işdən çıxarılmasını istəmirik” 
							 - Video
Əlavə olunub: 09.17.2024 | 17:18 | Baxılıb: 11981
Bir qrup valideyn paytaxtın Səbail rayonunda yerləşən 236 nömrəli tam orta məktəbin direktorunun işdən çıxarılmasından narazıdır. 

“azserver.biz”ya müraciət edən valideynlər bildiriblər ki, sözügedən məktəbə Xanlar İmaməliyev rəhbərlik edib və təhsil müəssisəsi onun idarəçiliyi dövründə xeyli nailiyyət qazanıb.

Qeyd edilib ki, məktəbin uğurları nəzərə alınaraq Əməkdar müəllim kimi onunla əlavə müqavilə imzalana və nəticədə vəzifəsində qala bilərdi: “Dünən, dərs ili başlayanda eşitdik ki, Xanlar müəllimi məktəb rəhbərliyindən uzaqlaşdırıblar. Bunu pensiya yaşının - 65 yaşın tamam olması ilə əsaslandırırlar. Halbuki onun 1 illik müqavilə ilə, Əməkdar müəllim kimi isə 5 il müqavilə ilə çalışmaq hüququ var. Başqa məktəb direktorlarına bu hüquq tanınsa da, Xanlar müəllimə bundan istifadəyə şərait yaratmayıblar.

Xanlar İmaməliyev 2000-ci ildən məktəbimizə rəhbərlik edir və çox yaxşı direktordur, biz onun işdən çıxarılmasını istəmirik. Buna etiraz olaraq uşaqlarımızı məktəbə göndərməyəcəyik...”

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmaməliyevin çalışmanın yaş həddinə çatması ilə əlaqədar fəaliyyəti qiymətləndirilib, tədris ilinin nəticələri təhlil edilib və çalışmanın yaş həddinə çatdığı üçün əmək müqaviləsinə xitam verilib.

Hazırda məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininə həvalə edilib. Məktəbin səmərəli fəaliyyətinin təşkili Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir”.

Gülnar Əliyeva

Müəllif: BY_LoRD
BY_LoRD