Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
38° isti olacaq
 
						38° isti olacaq
Əlavə olunub: 09.02.2024 | 12:34 | Baxılıb: 1648
Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. 

Hidrometeoroloji Proqnozlar Bürosundan “azserver.biz”ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağmursuz hava müşahidə olunacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti: Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

Müəllif: BY_LoRD
BY_LoRD