Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
4.5 maqnitudalı zəlzələ oldu - Yenilənib
 
						4.5 maqnitudalı zəlzələ oldu 
							 - Yenilənib
Əlavə olunub: 09.05.2024 | 11:04 | Baxılıb: 3532
Biləsuvar rayonunda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə “azserver.biz”ya Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla 10:45-də qeydə alınıb.

***

FHN də zəlzələ ilə bağlı məlumat yayıb.

Bildirilib ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, bu gün yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.

***

“Azərbaycan Dəmir Yolları” QSC zəlzələ ilə bağlı məlumat yayıb.

“Sentyabrın 5-də saat 10:45-də Biləsuvarda baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası cənub zonasında müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb”, - məlumatda bildirilib.

Müəllif: BY_LoRD
BY_LoRD