Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
8 Noyabr prospektində təmir işləri nə vaxt yekunlaşacaq? - Video
 
						8 Noyabr prospektində təmir işləri nə vaxt yekunlaşacaq? 
							 - Video
Əlavə olunub: 08.22.2024 | 22:29 | Baxılıb: 1936
Əsaslı təmirə bağlanan 8 Noyabr prospektində işlər davam etdirilir.

“azserver.biz"in məlumatına görə, yol hələ bir neçə gün də nəqliyyatın hərəkətinə bağlı olacaq.

Belə ki, Xəqani Rüstəmov küçəsi ilə kəsişən hissədən 8 Noyabr prospektinə giriş tam bağlı olduğundan sürücülər alternativ yol kimi Babək və H.Əliyev prospektindən istifadə edirlər.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.

Qeyd edək ki, prospekt boyunca ümumilikdə 10 km-ə yaxın velosiped yollarının salınması da nəzərdə tutulur.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:  

Müəllif: BY_LoRD
BY_LoRD