Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
“9 ildir ki, evimizi vermirlər” - Fotolar
 
						“9 ildir ki, evimizi vermirlər” 
							 - Fotolar
Əlavə olunub: 09.10.2024 | 17:22 | Baxılıb: 3290
“Nizami rayonunun Mehdi Abbasov küçəsində “Vesta Construction” MMC tərəfindən sökülən evlərin yerində yeni binanın tikintisi 9 ildir, yekunlaşmır”​.

Bu barədə “azserver.biz”ya Əliyeva Ceyran Əhliman qızı tərəfindən şikayət daxil olub.

Şikayətçinin sözlərinə görə, şirkət müxtəlif bəhanələr gətirərək ev sahiblərini aldadır: “9 ildir ki, tikinti şirkəti evimizi vermir. Həmin ərazidə heç bir iş getmir. Biz şikayət edən kimi, bir-iki fəhləni ora göndərir, amma nəticə yoxdur. Hər il evin dekabr ayında təhvil veriləcəyini bildirirlər, bu il də fevral-mart ayına söz veriblər. Amma bu vədlər hər il verilir. Şikayət etmədiyim qurum, televiziya kanalı qalmayıb, yenə də nəticə eynidir. Şirkət rəhbəri Ceyhun Quliyevə şikayətlərimizi bildirəndə isə deyir ki, mənə heç kim, heç nə deyə bilməz”.

Şikayətçinin iddiasına əsasən, C.Quliyev danışıqlar zamanı general Həzi Aslanovun da adından istifadə edir. 

Sözügedən iddialarla bağlı “Vesta Construction” MMC-nin sahibi Ceyhun Musarza oğlu Quliyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verməyib.

Nuranə Daxilqızı




Müəllif: BY_LoRD
BY_LoRD