Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
“Ağaclar budanmır, həyatımız üçün təhlükə yaradır” - Fotolar
 
						“Ağaclar budanmır, həyatımız üçün təhlükə yaradır” 
							 - Fotolar
Əlavə olunub: 09.04.2024 | 10:34 | Baxılıb: 1249
Yasamal rayonu Tbilisi prospekti 47 ünvanında yaşayan sakinlər buradakı ağacların budanmamasından şikayətçidirlər.

“azserver.biz”ya müraciət edən vətəndaşların sözlərinə görə, bununla bağlı aidiyyəti üzrə müraciətlər də ediblər.

“Artıq bir müddətdir ki, vəziyyət belədir. Həyətdəki ağacların budanmaması gündəlik həyatımıza maneə yaradır. Budaqlar maşınların üstünə düşür. Eyvandan paltar asa bilmirik. Bir az külək olsa, lap təhlükəli hal alacaq. Küçədə narahatlıq içində hərəkət edirik. Gəlib maraqlanan, budayan da yoxdur”, - deyə sakinlər söyləyiblər.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi​ndən sorğumuza cavab olaraq bildirildi ki, hazırda ərazidə təhlükəli vəziyyət yoxdur: “Biz əraziyə baxış keçirdik. Hazırda burada təhlükəli vəziyyət, ağac budağının maşının üzərinə aşması, yaxud da vətəndaşlara mane olması halı aşkarlanmayıb. Lakin vətəndaşların bələdiyyəyə müraciəti əsasında budanma dövründə lazımi ağacların budanması həyata keçiriləcək. Bu dövr isə oktyabrın 15-dən sonra başlayıb yaz aylarının sonuna qədər davam edir. Amma vətəndaşlar üçün təhlükə yaradacaq vəziyyət olursa, yaxud tamamilə qurumuş ağac, budaq aşkarlanırsa, o, təcili şəkildə ərazidən uzaqlaşdırılır”.

Lamiyə Məmmədova



Müəllif: BY_LoRD
BY_LoRD