Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Alimentdən yayınanların diqqətinə! - Video
 
						Alimentdən yayınanların diqqətinə! 
							 - Video
Əlavə olunub: 09.07.2024 | 07:16 | Baxılıb: 3411
Azərbaycanda aliment ödəməkdən boyun qaçıranların sayı açıqlanıb. Statistika hər il bu rəqəmin artdığını göstərir.

“azserver.biz” xəbər verir ki, təkcə bu ilin ilk yarısında Azərbaycanda 7 min 606 nəfər aliment öhdəliklərini yerinə yetirməkdən yayınaraq gizlənib. Həmin şəxslərdən 3 min 174 nəfərin yeri müəyyən edilib, 4 mindən çox şəxsin isə axtarışları davam edir.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, hər il aliment ala bilməməklə bağlı quruma müraciət edənlərin sayı artır. Təkcə cari il ərzində 240 nəfər komitəyə müraciət edib.

Hüquqşünans Şamil Paşayevin sözlərinə görə, aliment ödəməkdən yayınmağa çalışanların əmlakı da müsadirə oluna bilər. Onun sözlərinə görə, bir çoxları qanunvericiliyin bununla bağlı tələblərini bilmir.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Müəllif: BY_LoRD
BY_LoRD