Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
“Anamın 10 evi olsa da, məni öz tikdiyim evimdən çıxarır”
 
						“Anamın 10 evi olsa da, məni öz tikdiyim evimdən çıxarır”
Əlavə olunub: 08.21.2024 | 14:20 | Baxılıb: 13286
“Anamın 10 evi var. Buna baxmayaraq, məni öz tikdiyim evdən çıxarır”. 

Bu şikayətlə “azserver.biz”ya Lökbatan qəsəbə sakini Sadiq Məmmədov müraciət edib.

Vətəndaş bildirib ki, qonşusu, eyni zamanda anası olan Xeyransa İsayeva onun öz evindən çıxmasını 2021-ci ildən istəyir: “Anamın ikimərtəbəli ayrıca evi və onun da həyətində kirayə verdiyi 10 ev var. Həyətlərimizin qapısı ayrı yollara açılır. Anamın evlərinin hamısı sənədlidir, öz adınadır. Mən evimi tikib kirayə vermişdim. 2011-ci ildə evləndim və ailəmlə birgə gəlib öz evimdə yaşadım. Tikdiyim ev qeydiyyata alınsa da, maddi səbəblərə görə sənədləşdirə bilməmişdim. İndi anam evimin sənədinin olmamağından istifadə edir, ailəmlə məni pis vəziyyətə qoyur”.

S.Məmmədov, həmçinin qeyd edib ki, anası onu evdən çıxartmaq üçün məhkəməyə verib və yekun qərar lehinə çıxarılıb: “Birinci və ikinci məhkəmənin qərarı nisbətən xeyrimə olmuşdu. İkiotaqlı ev olsa da, dedilər ki, birgə yaşayın, məcbur olub razılaşdım. Lakin anam ərizə yazıb evimin yarısının ona verilməsinə dair iddia qaldırdı. Məhkəmə onun tələbini qəbul etdi”.

Şikayətçinin sözlərinə görə, bu tələbin qəbul edilməsinə səbəb kimi onun evindən anasının həyətinə düşən 1.20 sm yer olub: “O vaxt ev tikəndə evimdən anamın həyətinə 1.20 sm-lik yer düşüb. Buna görə də yekun qərar o oldu ki, bir otaq, hamam, mətbəx və torpağımın yarısı qarşı tərəfə verilsin”.

Sadiq Məmmədov iddia edir ki, onun hazırda yaşadığı öz evinin ünvanı 9A-dır, lakin məhkəmənin qərarında “8G”, yəni anasına aid olan həyətdə tikilən evlərin ünvanı göstərilib: “Mən öz evim üçün əmlak vergisi, torpaq üçün isə ayrıca vergi ödəyirəm. Kommunallar öz adımadır, bələdiyyə sənədim var. Nə qədər desəm də, bu qərarın mənim evimin ünvanına aidiyyəti yoxdur, ancaq qərar dəyişilməz olaraq qalır”.

Oğlun dediklərinə əsasən, anası X.İsayeva Maştağada 1 nömrəli ruhi əsəb dispanserində qeydiyyatdadır: “Bu qadın ruhi xəstədir, hər gün dərman qəbul edir. Onun xəstə olmasını təsdiqləyən sənədləri də özündədir. Buna baxmayaraq, bütün qərarlar onun xeyrinədir. Bizi incidir, ailəmi söyür, uşaqlarıma, yoldaşıma şiddət göstərir. İndi də gəlib evimin üstünü sökür. Yağış yağdıqdan sonra evim pis vəziyyətə düşür”.

Tərəflər arasında yaranmış münaqişənin hüquqi tərəflərinin izah edilməsi məqsədilə vəkil Qasım Şalıyevlə əlaqə saxladıq. Hüquqşünas ilk olaraq bələdiyyə sənədinin əhəmiyyətinə aydınlıq gətirib: “Bu sənəd yerli vergi ödəyicisi kodudur və sadəcə bələdiyyə tərəfindən sistemdə qeydiyyata alınır. Yəni əmlakın hüquqiliyini, statusunu müəyyən etmir. Sadəcə bələdiyyə gəldiyi zaman torpağa görə vergi ödənilir. Yəni bu sənəd mülkiyyət və ya başqa bir hüquq verən sənəd deyil”.

Vəkil, həmçinin qeyd edib ki, verilmiş qərar artıq məcburi xarakter daşıyır: “Qətnamə may ayında verilib. Qərar alındığı gündən 30 gün ərzində apellyasiya şikayəti vermək olardı. Çıxarılan qərar artıq qanuni qüvvəsini alıb. Hamımız üçün məcburi olan məhkəmə qətnaməsinə müəyyən edilmiş faktlarla bağlı artıq nəsə demək etik olmaz”.

Qeyd edək ki, Xeyransa İsayevanın 37 yaşlı digər oğlu 13 yaşlı qızla nişanlanıb. Bununla bağlı ötən il “Xəzər xəbər”də sujet yayımlanmışdı. S.Məmmədov bunun da günahının anasında olduğunu iddialarına əlavə edib.

Fidan Etibar 

Müəllif: BY_LoRD
BY_LoRD