Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Ata və oğlunun öldüyü hadisə ilə bağlı - Hökm oxundu
 
						Ata və oğlunun öldüyü hadisə ilə bağlı 
							 - Hökm oxundu
Əlavə olunub: 09.18.2024 | 16:30 | Baxılıb: 1922
Ötən ilin noyabrında Ağsu dolaylarında ata və 15 yaşlı oğlunun ölümü ilə nəticələnən yol qəzasını törətmiş sürücüyə hökm oxunub.

“azserver.biz” xəbər verir ki, rayonun Padar kənd sakini 1999-cu il təvəllüdlü Həsən Həsənli Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya da ha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmə) maddəsi ilə təqsirli bilinib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd olunub. Həmin cəzanın başa çatmasından sonr H.Həsənlinin 3 il nəqliyyat vasitəsi idarə etməsi də qadağan edilib.

Qeyd edək ki, hadisə vaxtı H.Həsənlinin idarə etdiyi “Mercedes C180” markalı avtomobil aşıb. Nəticədə Ağsu rayonu Cəlayır kəndindən olan 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və 2008-ci il təvəllüdlü Xangəldiyev Məsud Əmir oğlu ölüb, sürücü isə xəsarət alıb.

Ölən ata və oğul yolda H. Həsənin maşınına minib və Şamaxıya sənəd düzəltdirməyə gedirlərmiş.

Müəllif: BY_LoRD
BY_LoRD