Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
“Avtobus zolağı yaratmaqla hər şeyi həll etmək mümkün deyil” - Video
 
						“Avtobus zolağı yaratmaqla hər şeyi həll etmək mümkün deyil” 
							 - Video
Əlavə olunub: 09.08.2024 | 23:39 | Baxılıb: 4207
Bir müddət əvvəl avtobus zolaqlarının çəkilməsi həm ictimai nəqliyyat sürücülərini, həm də sərnişinləri sevindirsə də, lakin şəxsi nəqliyyat vasitələri olanlar üçün bu hal eyni olmadı.

“azserver.biz” xəbər verir ki, əvvəldən də mövcud olan parkinq problemi daha da artıb. 

Maşının saxlamaq üçün evinin qarşısında belə yer tapa bilməyənlər üçün isə vəziyyət daha çətinləşib.

Parkinqlə bağlı ən əsas problem paytaxtda son olaraq avtobus zolağının çəkildiyi yollardan biri olan Abbas Mirzə Şərifzadə küçəsində yaranıb.

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, ərazidə çoxlu avtobus marşrutları yoxdursa və ya avtobuslar instensiv sıx qrafiklə hərəkət etmirlərsə, avtobus zolağı salmağa ehtiyac yoxdur:

“Avtobus, velosiped zolağı yaratmaqla hər şeyi həll etmək mümkün deyil. Eyni zamanda ictimai nəqliyyatda xidmətin keyfiyyəti artırılmalıdır. Avtobus zolağı boş qalmamalıdır. Boş qaldısa, həmişə konflikt olacaq”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional idarəsinin müdiri Tural Səfərov isə bildirib ki, paytaxta yeni parkinq yerlərinin salnması planlaşdırılır.

Ətraflı İTV-nin süjetində:

Müəllif: BY_LoRD
BY_LoRD