Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Azyaşlı 6 aylıq qardaşının ölümünə səbəb oldu
 
						Azyaşlı 6 aylıq qardaşının ölümünə səbəb oldu
Əlavə olunub: 09.16.2024 | 10:00 | Baxılıb: 3010
Goranboyda 6 aylıq körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“azserver.biz” xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Veyisli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü X.Mamedova övladlarını qonşusunun evinə qoyaraq oranı tərk edib. Qonşunun evinin mətbəxində olarkən onun azyaşlı övladı kibritlə oynamağa başlayıb və 6 aylıq körpə qardaşı Ömərin beşiyinin yanmasına səbəb olub.

Nəticədə körpə uşaq ağır yanıq xəsarətləri alıb və xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: BY_LoRD
BY_LoRD