Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Bakıda qadın iki kişini bıçaqladı
 
						Bakıda qadın iki kişini bıçaqladı
Əlavə olunub: 09.16.2024 | 10:12 | Baxılıb: 3566
Bakıda qadın 2 kişini bıçaqlayıb.

“azserver.biz"in əldə etdiyi məlumata görə, hadisə sentyabrın 15-i saat 09 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində qeyd alınıb.

Salyan rayon sakini 1982-ci il təvəllüdlü Y.Vəliyeva yaşadığı evdə qonşusu Lənkəran rayon sakini 1978-ci il təvəllüdlü A.Quliyevi və qeyri-rəsmi nikah münasibətlərində olduğu 1983-cü il təvəllüdlü K.Dadaşovu bıçaqlayıb.

A.Quliyev qarın nahiyəsindən daxilə nüfuz edən, K.Dadaşov isə qol nahiyəsindən xəsarət alıb. Bildirilir ki, bıçaqlanan şəxslərin ikisi də keçmiş məhkumdur.

Y.Vəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif: BY_LoRD
BY_LoRD