Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Bakının su problemi mərhələli şəkildə aradan qaldırılır - Açıqlama
 
						Bakının su problemi mərhələli şəkildə aradan qaldırılır 
							 - Açıqlama
Əlavə olunub: 08.24.2024 | 14:29 | Baxılıb: 5404
Bakının günlərdir davam edən su problemi ilə bağlı növbəti rəsmi açıqlama verilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “azserver.biz”ya bildirilib ki, bu gün səhər saatlarından şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilib.

Qeyd olunub ki, artıq anbarların doldurulması prosesi yekunlaşır və paralel olaraq əhali su ilə təmin olunmaqdadır:

“Su ərazilərə mərhələli şəkildə çatmaqdadır”.

Qeyd edək ki, ötən gün İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidməti bu gündən şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsinin təmin ediləcəyi ilə bağlı məlumat yaysa da, paytaxtın müxtəlif ərazilərində yaşayan sakinlər suyun verilişində hələ də məhdudiyyətlər olduğunu bildirirlər. 

Müəllif: BY_LoRD
BY_LoRD