Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
“Bayesian”ın həyatına son qoyduğu 7-ci şəxs də tapıldı... - Video
 
						“Bayesian”ın həyatına son qoyduğu 7-ci şəxs də tapıldı... 
							 - Video
Əlavə olunub: 08.24.2024 | 03:44 | Baxılıb: 4496
Avqustun 19-da İtaliyanın Siciliya sahillərində suya qərq olan “Bayesian” adlı yaxtanın batması zamanı itkin düşənlərdən daha bir nəfərin meyiti tapılıb.

“azserver.biz” bu barədə “Associated Press”ə istinadən xəbər verir.

İtaliyanın sahil mühafizəsi bildirib ki, onun şəxsiyyəti hələ rəsmən açıqlanmayıb. Bununla da itkin düşən 6 nəfərin hamısının cəsədi sudan çıxarılıb.

Həmçinin 56 metr uzunluğunda yaxtanın batma görüntüləri də yayılıb. Kadrlarda lövbərdə olan yaxtanın 75 metrlik dirəyinin aşması və gəminin bir anda batması əks olunub.

Xatırladaq ki, içərisində 22 nəfərin olduğu “Bayesian” adlı yelkənli gəmi  İtaliyanın Siciliya sahillərində batıb. 15 nəfərin xilas edildiyi, 6 nəfərin itkin düşdüyü və 1 nəfərin cəsədinin hadisə günü tapıldığı bildirilmişdi. Xilas edilənlər arasında Maykl Linçin həyat yoldaşı Ancela Bakares də olub.

Qəza nəticəsində “britaniyalı Bill Qeyts” kimi tanınan məşhur iş adamı Mayk Linç və onun 18 yaşlı qızı Hanna, “Morgan Stanley International”ın prezidenti Conatan Blumer və həyat yoldaşı Enn Elizabet Cudit, amerikalı vəkil Kris Morvillo və həyat yoldaşı Neda Morvillo həlak olublar. Hadisə baş verən gün isə yaxtanın aşpazının cəsədi tapılmışdı.

7 nəfərin ölümünə səbəb olan gəminin batma anını təqdim edirik:

Müəllif: BY_LoRD
BY_LoRD