Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Beynəlxalq axtarışda olan dörd nəfər Azərbaycana gətirildi
 
						Beynəlxalq axtarışda olan dörd nəfər Azərbaycana gətirildi
Əlavə olunub: 08.28.2024 | 19:19 | Baxılıb: 3075
Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana gətirilib.

Bu barədə “azserver.biz”ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qarşılıqlı anlaşmaya uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Bolayev Fərid Rəşidoviç, Xəlilov Səməndər Sarif oğlu, Babayev Pənah Əhliman oğlu və Məşədiyev İlham Qabil oğlu ölkəmizə ekstradisiya ediliblər.

Qeyd edək ki, həmin şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib. İstintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

“Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 23.08.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər”.

Müəllif: BY_LoRD
BY_LoRD