Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Bit-birə basdığı deyilən məktəb dezinfeksiya olunub - Foto
 
						Bit-birə basdığı deyilən məktəb dezinfeksiya olunub 
							 - Foto
Əlavə olunub: 09.14.2024 | 19:51 | Baxılıb: 2563
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri 14 nömrəli orta məktəbdə sinif otaqlarını bit-birə basması ilə bağlı iddialar yayılmışdı.

“azserver.biz” xəbər verir ki, məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi açıqlama yayıb.

Bildirilib ki, sözügedən məktəbdə mövcud vəziyyət ilə əlaqədar sanitar nəzarəti gücləndirmək məqsədilə məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib, eyni zamanda sanitariya nəzarəti qurumlarına yenidən müraciət olunaraq dünən və bu gün ərzində təhsil müəssisəsində növbəti dəfə dezinfeksiya və dərmanlama işləri aparılıb.

“Dezinfeksiya ilə əlaqədar olaraq məktəbin ibtidai siniflərin tədrisi üçün nəzərdə tutulan korpusu müvəqqəti olaraq əsas binaya köçürülmüşdür. Aidiyyəti sanitariya nəzarəti qurumu tərəfindən tədris müəssisəsinin dezinfeksiya işləri tamamlandıqdan sonra kiçik tədris korpusunun yeni tədris ilinə tam hazırlıqlı vəziyyətdə olması ilə bağlı sənəd təqdim olunacaqdır”, - qurumdan bildirilib.



Müəllif: BY_LoRD
BY_LoRD