Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
“Biz ömür boyu çıxarışsız və qeydiyyatsız qalacağıq?!” - Fotolar
 
						“Biz ömür boyu çıxarışsız və qeydiyyatsız qalacağıq?!” 
							 - Fotolar
Əlavə olunub: 08.26.2024 | 15:50 | Baxılıb: 3584
“Binamızda 2013-cü ildən yaşayış olsa da, hələ də istismara qəbul olunmayıb. Tikintini həyata keçirən “Badu Kubə” MTK işi yarımçıq qoyub gedib, 10 ildən çoxdur ki, evimizə çıxarış ala bilmirik. Qeydiyyatın olmaması həyatımızı çətinləşdirir, sənəd məsələlərində ciddi problemlər yaradır”.

Bu şikayətlə “azserver.biz”ya Yeni Günəşli qəsəbəsi, V massiv, bina 13M ünvanında yaşayan sakinlər müraciət ediblər.

Onların sözlərinə görə, çıxarışın verilməməsinə səbəb binada yük liftlərinin, yanğın şitlərinin qoyulmamasıdır. Sonradan MTK-nın bina üzərində səlahiyyəti məhkəmə qətnaməsi ilə alınaraq A.R & Ko MMMC-yə (Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) təhvil verilib. 

Sakin Rza Balayev MTK-nın yarımçıq qoyduğu işlərə görə illərdir ki, dövlət qurumlarının qapılarında qaldıqlarını deyir: “322 mənzilli binada 1000-dən çox insan yaşayır. Bu qədər sakin öz yaşadığı evində qeydiyyata düşə bilmir. Səbəb də odur ki, “Badu Kubə” MTK tikdiyi binaya 4 yük lifti və yanğın şitləri qoymayıb. İndi biz sakinlərin günahı nədir axı? Bu işləri məsul şəxslər görməli idilər, amma görməyib yarımçıq qoyub gediblər. Belə halda biz ömür boyu çıxarışsız və qeydiyyatsız qalacağıq?!”

Hazırda binanın idarəçiliyini həyata keçirən A.R & Ko MMMC-nin rəhbəri Rəhilə Əsədullazadənin sözlərinə görə, vaxtilə sadalanan problemlərin aradan qaldırılması üçün sakinlərdən pul toplansa da, mənimsənilib və heç bir iş görülməyib: “Yük liftlərinin qoyulması, çıxarışın alınması adı ilə MTK rəhbəri Ədalət Qəmbərov tərəfindən sakinlərdən 650 min manata yaxın pul yığılıb. Bu məbləğin içində həm də sayğaca görə yığılan pul var. Elə sakinlər var ki, ödəniş alınsa da, heç sayğac belə qoyulmayıb. Binada yük lifti yoxdur, o birilər də pis vəziyyətdədir. Hər ay hər liftə 1000-1500 AZN pul ödəyirik.

Binada yanğın sistemi yoxdur, əgər yanğın olsa, bilmirəm camaatı necə təxliyə edəcəyik. Biz ancaq kommunalı yığırıq, çatmayanları təmin edirik. Yük liftinin biri 50 min manatdır, bunu necə alaq?”

MMMC rəhbəri əlavə edib ki, məsələ ilə əlaqədar aidiyyəti polis bölməsinə və Kommersiya Məhkəməsinə müraciət olunub. 

Şikayətlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bu problemlə bağlı həm MTK-nın yeni rəhbərliyi tərəfindən, həm də orada yaşayan sakinlər tərəfindən müraciətlər olunub. Həmin o müraciətlər əsasında Korrupsiya İdarəsinə məktubla müraciət edilib. 

Problem barədə Fövqəladə Hallar Nazirliyinin də mövqeyini öyrəndik. Qurumdan müraciətimizə cavab kimi deyildi ki, yaşayış binalarında yanğın təhlükəsizliyi qaydalarına dair tələblərin təmin edilməsi binaların idarəedici təşkilatlarının vəzifəsidir: “Qeyd olunan yaşayış binasında müvafiq yanğın təhlükəsizliyi qaydalarına dair tələblər təmin olunmadığından Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən müsbət rəy verilməyib. Həmçinin, bildiririk ki, qüvvədə olan müvafiq qanunvericiliyə görə, yaşayış binalarında yanğın təhlükəsizliyi qaydalarına dair tələblərin təmin edilməsi bilavasitə həmin binaların idarəedici təşkilatlarının vəzifəsidir”.

Gülnar Əliyeva

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” mövzusu üzrə dərc olunub.


Müəllif: BY_LoRD
BY_LoRD