Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Bu ərazilərdə qaz olmayacaq
 
						Bu ərazilərdə qaz olmayacaq
Əlavə olunub: 08.26.2024 | 21:31 | Baxılıb: 4834
Sabah saat 09:00-dan işlər başa çatanadək “Şamaxı” ölçü qovşağından qidalanan qaz xətləri üzərində və "Sığırlı” ölçü qovşağından qidalanan müxtəlif diametrli qaz xətlərində, həmçinin saat 10:00-dan etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “azserver.biz”ya “Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunur ki, təmir quraşdırma işləri aparılan müddətdə Şamaxı rayonunun (şəhər mərkəzi, 1 qəsəbə, 14 kənd), Kürdəmir rayonunun (rayon mərkəzinin bir hissəsi, 39 kənd, 2 qəsəbə), həmçinin paytaxtın Sabunçu rayonunun (Maştağa qəsəbəsinin M.Mirəliyev, B.Baloğlanov, R.Salmanov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: BY_LoRD
BY_LoRD