Bu barədə “azserver.biz”ya “Azəriqaz” İB-dən bildirilib.
Qeyd olunub ki, həmçinin Qaradağ rayonunun Lökbatan-Qobu yolunun sol tərəfində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 13.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Oğuz rayonunun tam olaraq, Şəki və Xaçmaz rayonlarının bir hissəsinin, Qaradağ rayonunun isə Qobu qəsəbəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.