Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Bu seçki dairələrindən şikayət var
 
						Bu seçki dairələrindən şikayət var
Əlavə olunub: 09.05.2024 | 19:01 | Baxılıb: 3807
Mərkəzi Seçki Komissiyasına daxil olan 12 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib. 

“azserver.biz” xəbər verir ki, bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında qərar layihələri müzakirə edilib. 

Müraciətləri MSK katibi Arifə Muxtarova və ekspert qrupunun üzvləri təqdim ediblər. 

Qeyd edilib ki, 120 saylı Cəbrayıl-Qubadlı, 23 saylı Nəsimi-Səbail (2 fərqli müraciət), 73 saylı Masallı-Cəlilabad, 97 saylı Tərtər-Ağdərə-Goranboy,  10 saylı Binəqədi üçüncü, 24 saylı Nizami birinci, 42 saylı Sumqayıt birinci, 78 saylı Lənkəran kənd, 22 saylı Nəsimi-Yasamal, 23 saylı Nəsimi-Səbail seçki dairələri ilə bağlı daxil olan müraciətlər müvafiq dairə seçki komissiyalarına göndərilir.

Müvafiq olaraq, 94 saylı Ucar, 71 saylı Cəlilabad şəhər seçki dairələrindən daxil olan müraciətlər isə müəyyən edilmiş müddəti əhatə etmədiyindən şikayətçilərə geri göndərilib.  

Qeyd edək ki, qərarlar səsverməyə qoyularaq qəbul olunub.

Nuranə Daxilqızı

Müəllif: BY_LoRD
BY_LoRD