Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Bu xəstəxananın elektron sistemində problem yarandı - Rəsmi açıqlama
 
						Bu xəstəxananın elektron sistemində problem yarandı 
							 - Rəsmi açıqlama
Əlavə olunub: 09.14.2024 | 12:21 | Baxılıb: 2339
Bu gün səhər saatlarından Nərimanov Tibb Mərkəzində elektron qeydiyyat sistemində problem yaranıb. 

Bununla bağlı “azserver.biz”ya vətəndaşlar müraciət ediblər.

Onlar bildiriblər ki, sistem çökdüyünə görə tibb müəssisəsində pasiyent qəbulu da dayanıb: “Bu gün səhərdən Nərimanov Tibb Mərkəzində elektron qeydiyyat sistemi çöküb. Buna görə də qəbulu dayandırıblar, camaat qapının ağzında qalıb. Saatlardır sistemin nə vaxt açılacağını gözləyirik”.

Problemlə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən sorğumuza cavab olaraq qeyd edilib ki, problem artıq aradan qaldırılıb: “Bu gün səhər saatlarında  internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb. Problem qısa müddətdə aradan qaldırılıb və sistem tam olaraq fəaliyyətini bərpa edib”.

Qeyd edək ki, bundan əvvəl də bəzi poliklinikalarda və Nizami Tibb Mərkəzində analoji problem yaşanıb.

Gülnar Əliyeva

Müəllif: BY_LoRD
BY_LoRD