Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Bu yoldakı vəziyyət sakinlərdə narazılıq yaratdı - Video
 
						Bu yoldakı vəziyyət sakinlərdə narazılıq yaratdı 
							 - Video
Əlavə olunub: 08.26.2024 | 11:28 | Baxılıb: 2720
Bakının Yasamal rayonu Mikayıl Müşfiq küçəsinin sakini yaşadığı binanın qarşısından keçən yoldakı vəziyyətdən narazıdır. 

“azserver.biz” xəbər verir ki, sosial mediada video paylaşan vətəndaş piyada nişanı olmasına baxmayaraq, ərazidə piyada zolağının olmadığını bildirib. Yerüstü nişanın da ağacın budaqları arasında qalaraq görünmədiyini göstərən sakin yaşlıların və uşaqların bu ərazidə təhlükə ilə üzləşəcəyini vurğulayıb.

Şikayətçi qeyd edib ki, yolda bir neçə kilometr məsafədə geriyədönmə və ya həyətlərə daxil olmaq üçün qırıq xətlər də qoyulmayıb. Bu da sakinlərin 20 nömrəli məktəb istiqamətində evlərinə gedərkən Nəriman Nərimanov heykəli və eyniadlı prospekti dolanaraq qayıtmaq məcburiyyətində qaldığını deyib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan saytımıza bildirildi ki, ötən həftə Mikayıl Müşfiq küçəsində təmir və xətlənmə işləri başa çatdırılıb və vətəndaşın qeyd etdiyi hallar artıq aradan qaldırılıb.

Müəllif: BY_LoRD
BY_LoRD