Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
“Dərnəgül”də qatarlar arasında 9 dəqiqəlik intervalla bağlı - Açıqlama
 
						“Dərnəgül”də qatarlar arasında 9 dəqiqəlik intervalla bağlı 
							 - Açıqlama
Əlavə olunub: 09.17.2024 | 10:06 | Baxılıb: 2143
Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Dərnəgül” stansiyasından “Azadlıq prospekti” stansiyası istiqamətində gələn qatarlar arasında interval 9 dəqiqəyə çatıb.

Bu barədə “azserver.biz”ya sərnişinlər məlumat veriblər. Onların iddiasına görə, tədris ilinin başlanması ilə əlaqədar sıxlıq müşahidə olunur, qatarların bu qədər gecikməsi isə sıxlığı bir az da artırır.

Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirdi ki, qeyd olunan stansiyada intervalın bu qədər artması sərnişin sıxlığının azaldılması üçün qatar manevrlərindən istifadə ilə bağlıdır: “Metropolitendə səhər tezdən gur saatlarda texniki cəhətdən mümkün ən sıx intervallar təyin edildiyindən, sərnişin sıxlığının tənzimlənməsi üçün qatarların manevrlərindən istifadə olunur. Bu isə o deməkdir ki, bir istiqamətdə “Memar Əcəmi” stansiyasından, digər istiqamətdə isə “Neftçilər” stansiyasından bir qatar geri qaytarılır. Bu bir qatarın geri qayıtması nəticəsində metronun əsas stansiyaları olan “20 Yanvar” və “Koroğlu"in sərnişin yükü azaldılır. Bu səbəbdən bir saat ərzində bir dəfə dediyimiz istiqamətdə “Dərnəgül”dən “Memar Əcəmi”yə qədər və ya “Memar Əcəmi”dən “Dərnəgül” istiqamətində intervalın iki dəfə artıq olması mümkündür. Eyni hal “Neftçilər” - “Həzi Aslanov” stansiyaları istiqamətinə də aiddir. Eyni zamanda, “Neftçilər” istiqamətindən gələndə belə hallarda “Həzi Aslanov” stansiyasından dalbadal eyni istiqamətdə gedən 3 qatar görmək olar”.

B. Məmmədov, həmçinin əlavə edib ki, bu nasazlıq xətdə olan problemlə bağlı deyil. Xəttin ən gur sərnişin olan hissəsində sərnişin axınının tənzimlənməsi məqsədilə həyata keçirlir.

Müəllif: BY_LoRD
BY_LoRD