Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Durovdan həbsindən sonra ilk - Açıqlama
 
						Durovdan həbsindən sonra ilk 
							 - Açıqlama
Əlavə olunub: 09.06.2024 | 02:56 | Baxılıb: 3021
Teleqramın yaradıcısı Pavel Durov Fransada həbs olunduqdan sonra ilk dəfə ictimaiyyətə açıqlama verib.

“azserver.biz” xəbər verir ki, o bu barədə teleqram kanalında yazı dərc edib.

Durov bildirib ki, onun Fransada həbsi gözlənilməz olub. Onun sözlərinə görə, messencerin Avropa İttifaqında rəsmi nümayəndəsi var, o, Aİ-dən gələn sorğuları qəbul edərək cavablandırır.

“Fransa rəsmilərinin mənimlə əlaqə saxlamağı üçün bir çox yol var idi. Mən Fransa vətəndaşı olaraq Dubaydakı Fransa konsulluğunun tez-tez qonağı olmuşam. Fransa hakimiyyətinə ölkədə terrorizmlə mübarizə üçün teleqram ilə qaynar xətt yaratmağa kömək etmişəm”, - o qeyd edib.

Pavel şirkətin xidmətindən narazı olan ölkənin sahibinə deyil, özünə qarşı məhkəməyə müraciət etməli olduğu vurğulayıb:

“Smartfondan əvvəlki dövrə aid qanunlardan istifadə edərək CEO-nu idarə etdiyi platformada üçüncü şəxslər tərəfindən törədilən cinayətlərdə ittiham etmək yanlışdır. Novatorlar messencerlərin mümkün sui-istifadəsinə görə şəxsən məsuliyyət daşıyacağını bilsəydi, heç vaxt yeniliklər hazırlamazdı”.

Pavel Rusiya və İranda teleqrama girişin qadağan olunması məsələsinə də toxunub:

“Bəzən məxfilik və təhlükəsizlik arasında düzgün balans məsələsində ölkənin tənzimləyicisi ilə razılaşa bilmirik. Bu hallarda o ölkəni tərk etməyə hazırıq. Bunu dəfələrlə etmişik. Rusiya bizdən nəzarət üçün “şifrələmə açarları” istədikdə biz bundan imtina etdik və teleqram Rusiyada qadağan edildi. Həmçinin İran bizdən dinc nümayişçilərin kanallarını blok etməyi tələb etdikdə, bundan da imtina etdik və messencer İranda qadağan edildi. Prinsiplərimizə uyğun gəlməyən bazarlardan imtina etməyə hazırıq. Biz hər gün milyonlarla zərərli yazı və kanalı silirik”.

Müəllif: BY_LoRD
BY_LoRD