Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
“Durovun Fransaya gələcəyini bilmirdim...” - Makron
 
						“Durovun Fransaya gələcəyini bilmirdim...” 
							 - Makron
Əlavə olunub: 08.30.2024 | 03:48 | Baxılıb: 1880
Fransa Prezidenti Emmanuel Makron teleqramın qurucusu Pavel Durovun Parisə gəlmək planından xəbəri olmadığını bildirib.

“azserver.biz” “France24”ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Mən Durovun Fransaya gəlişindən tamamilə xəbərsiz idim. Bu isə tamamilə normal və təbiidir, çünki mən Fransa vətəndaşlarının və digər vətəndaşların hərəkətlərindən xəbərdar olmaq məcburiyyətində deyiləm. Tərəfimdən hər hansı bir dəvətin olması barədə məlumat yalandır. Mən nə keçən həftənin sonunda, nə də sonrakı günlərdə cənab Durovla görüşmək fikrində deyildim. Onun Fransaya gələcəyini bilmirdim”, - deyə Makron bildirib.

Qeyd edək ki, “The Wall Street Journal”ın məlumatına görə, 2018-ci ildə Makron Durovla nahar edib və bu zaman o, ona messencerin baş ofisini Parisə köçürməyi təklif edib.

Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.

Müəllif: BY_LoRD
BY_LoRD