Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Əyləci xarab olan maşın dəhşət yaşatdı - Video - Yenilənib
 
						Əyləci xarab olan maşın dəhşət yaşatdı 
							 - Video - Yenilənib
Əlavə olunub: 08.21.2024 | 10:53 | Baxılıb: 4333
Bu günlərdə Bakının qəsəbələrindən birində qeyri-adi yol qəzası baş verib.

“azserver.biz” xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Belə ki, park edilmiş yük maşınının əyləc sistemindəki nasazlıq səbəbindən nəqliyyat vasitəsi arxaya doğru hərəkət etməyə başlayıb. Bu zaman arxada dayanmış minik avtomobilinin sürücüsü yük maşınının gəldiyini görərək maşını tərk edib və geriyə doğru qaçıb. Nəticədə yük maşını onun avtomobilinə çırpılıb, sürücü isə ayağının büdrəməsi ilə yola yıxılıb. Nəticədə geriyə doğru hərəkət edən və sürücüsüz olduğu bildirilən yük maşını onun üstündən keçib.

Minik avtomobilinin sürücüsünün taleyi barədə dəqiq məlumat yoxdur.

***

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli sorğumuza cavab olaraq bildirib ki, hadisə Binəqədi qəsəbəsi Zahid Qənbərov küçəsində baş verib: “Qəza avqustun 19-u saat 11:10-da baş verib. Elşən Vahid oğlu Əhmədovun idarə etdiyi 90-OK-378 dövlət nömrə nişanlı yük avtomobilinin əyləc sistemində problem yaranıb. Hadisə nəticəsində yük avtomobili köşkə və 90-MB-697 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilə çırpılıb. Avtomobilə ciddi ziyan dəyib. Sürücünün hadisə zamanı sükan arxasında olmaması ilə bağlı yayılan iddia həqiqətə uyğun deyil. Sürücü sükan arxasında olub”.

Hadisənin görüntülərini təqdim edirik:

Müəllif: BY_LoRD
BY_LoRD