Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
General Orucov Ali Məhkəməyə müraciət etdi
 
						General Orucov Ali Məhkəməyə müraciət etdi
Əlavə olunub: 08.27.2024 | 10:34 | Baxılıb: 7819
“Tərtər işi” ilə bağlı məhkum edilmiş general-mayor Bəkir Orucov kassasiya şikayəti verib.

“azserver.biz"in əldə etdiyi məlumata görə, Orucov barəsindəki ittihamedici qərarın ləğv edilməsini istəyir.

General ərizəsində şikayətin dəlilləri barədə ətraflı məlumat verib. O, Ali Məhkəmədən bəraətinə qərar verilməsini xahiş edir.

General Orucovla birgə məhkum edilmiş mayorlar Ülvi Rəşidov və Rahib Məmmədov da eyni tələblə kassasiya şikayətləri veriblər.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bəkir Orucova 6 il 6 ay, Ziya Kazımov və Ülvi Rəşidova 9 il 2 ay, Rahib Məmmədova isə 6 il 2 ay azadlıqdan məhrumetmə cəzası verilib. 

Sail Ağasəlim

Müəllif: BY_LoRD
BY_LoRD