Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Həmin bina tikilməlidir, ya yox? - Açıqlama
 
						Həmin bina tikilməlidir, ya yox? 
							 - Açıqlama
Əlavə olunub: 08.27.2024 | 11:12 | Baxılıb: 4040
“Bizim qaldığımız yaşayış kompleksində 5 bina tikməyə icazə var. 6-cı tikilib, indi isə qanunsuz olaraq 7-ci bina tikilir”. 

Bu şikayətlə “azserver.biz”ya Xırdalan şəhəri Həsən Əliyev 25 ünvanında yaşayan sakinlər müraciət edib. 

Sakinlər sözügedən ərazidə 20 gündür başlayan tikintinin qanunsuz olduğunu bildiriblər: “Biz buradakı yaşayış kompleksində qalırıq. Hazırda tikinti gedir, nə maşın saxlamaq, nə də uşaqların oynaması üçün yer var. Tikintini həyata keçirən şirkət “Real CO” MMC-dir”. 

Vətəndaşların sözlərinə görə, Dövlət Arxitektura Komitəsi həmin tikintinin ləğvi ilə bağlı qərar verib: “Bunu təsdiqləyən sənəd də var. Lakin bu qərar heç nəyi dəyişmədi. Şirkət qərara məhəl qoymayaraq tikintini davam etdirir. Bütün sakinlər bu vəziyyətdən narazıdır”.

İddiaları araşdırmaq üçün “Real Construction” MMC ilə əlaqə saxladıq. Şirkətin satış meneceri Tural Məmmədov saytımıza açıqlamasında bunu təkzib edib: “Burada 130 sakin varsa, onlardan yalnız 2-si şikayətçidir. Onlar da burada 7 il yaşayıb kommunal ödəməyənlərdir. “Blokumu özüm təmizləyəcəyəm” deyib ödəniş etmirlər. Biz onları məhkəməyə verdiyimiz üçün belə edirlər”.

Tural Məmmədov Dövlət Arxitektura Komitəsinin verdiyi qərarla bağlı da mövqeyini bildirib: “Sənəddə qeyd olunmuş məqam istismar müddətindəki məsələdir, biz istismara vermirik. Hazırda tikintisini edirik və bu tikintinin istismara aidiyyəti yoxdur. Bu layihədə 7 binanın olduğunu sübut edə bilərik. Həmin şikayət edən 2-3 nəfər sakin başqalarının adından danışırlar və söylədikləri iddialar absurddur”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti​nə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, bir neçə il bundan əvvəl RİH əməkdaşları tərəfindən “Real-CO İnşaat” MMC-nin apardığı tikinti işləri ilə bağlı araşdırma aparılıb: “Məlum olub ki, şirkət tərəfindən ayrılmış torpaq sahəsinin 0.70 ha torpaq sahəsi yaşayış üçün və 0.60 ha torpaq sahəsi ehtiyat torpaq fonduna aiddir. Ünvana baxış keçirildikdən sonra həyata keçirilən tikinti işləri dayandırılıb, tikinti işlərinə dair icazəverici sənədlər əldə olunanadək inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahiblərinə xəbərdarlıqlar olunub. Bütün bunlarla əlaqədar RİH tərəfindən aidiyyəti dövlət qurumlarına rəsmi qaydada məlumatlar verilib. 

Lakin təxminən 1 ay bundan öncə ərazidə yenidən tikintiyə başlanılması müşahidə olunub. Əməkdaşların araşdırmasından sonra məlum olub ki, şirkət müstəqil şəkildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək inşaat işlərinin davam etdirilməsi ilə bağlı icazə alıb. 

Amma tikinti işlərinə başlayandan sonra sakinlər narazılıq edib və buna görə də şirkət 7-ci binanın tikintisini ləğv etdiyini bildirib”.

Fidan Etibar

Müəllif: BY_LoRD
BY_LoRD