Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
İki yaşlı uşaq faciəvi şəkildə öldü
 
						İki yaşlı uşaq faciəvi şəkildə öldü
Əlavə olunub: 08.30.2024 | 13:52 | Baxılıb: 2949
Bakıda 2 yaşlı uşaq eyvandan yıxılaraq ölüb. 

TƏBİB-dən “azserver.biz”ya verilən məlumata görə, hadisə ötən gün saat 15:20 radələrində baş verib.

Sabunçu təcili tibbi yardım stansiyasının ambulatoriyasına hündürlükdən yıxılaraq xəsarət alan azyaşlı gətirilib. Ona zəruri ilkin tibbi xidmətlər göstərilib. Daha sonra təcili tibbi yardım briqadası tərəfindən 15:56-da ağır travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Həkimlərin səyinə baxmayaraq, 16:50-də ölüm faktı qeydə alınıb.

Bakupost.az-ın məlumatına görə, azyaşlı 09.04.2022-ci il təvəllüdlü Süleymanov Rövşən Həzi oğludur. Onun yaşadığı mənzilin 3-cü mərtəbəsindən yıxıldığı bildirilir.

Müəllif: BY_LoRD
BY_LoRD