Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vuruldu - Video+Yenilənib
 
						Kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vuruldu 
							 - Video+Yenilənib
Əlavə olunub: 09.18.2024 | 14:00 | Baxılıb: 6707
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında kütləvi dava düşüb.

“azserver.biz” Baku.TV-yə istinadən xəbər verir ki, hadisə ötən axşam Xətai rayonu Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.

Belə ki, hadisə nəticəsində 19 yaşlı Elmir Nəsirov bədəninin 5 nahiyəsindən xəncər zərbəsi alıb.

Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, paytaxtın Xətai rayonunda bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə daxil olmuş məlumat üzrə araşdırma başlanılıb.

Əməli törədən şəxsin və ya şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “azserver.biz"in sorğusuna cavab olaraq bildirilib ki, pasiyent təcili tibbi yardım briqadası ilə çoxprofilli xəstəxanaya təxliyə olunub:

“2005-ci il təvəllüdlü şəxs oktyabrın 17-də saat 19:35-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ambulator olaraq müraciət edib və həkim-neyrocərrah tərəfindən müayinə olunub. Hər iki bud və sol baldır nahiyədə  kəsilmiş-deşilmiş yara diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmət göstərilib. Pasiyent təcili tibbi yardım briqadası ilə çoxprofilli xəstəxanaya təxliyə olunub”.

Ətraflı videomaterialda:

Müəllif: BY_LoRD
BY_LoRD