Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Oğlu ilə eyni gündə tələbə adını qazandı - Foto
 
						Oğlu ilə eyni gündə tələbə adını qazandı 
							 - Foto
Əlavə olunub: 08.23.2024 | 11:46 | Baxılıb: 19770
Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə qəbulla bağlı müsabiqə nəticələri açıqlanıb.

“azserver.biz"in məlumatına görə, tələbə adı qazananlar arasında xeyli tanınmış şəxs övladları var. Belə ki, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı və jurnalist Xəyalə Muradlı cütlüyünün oğlu Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi ixtisasına qəbul olub.

Maraqlıdır ki, Elməddin Muradlının özü də yenidən tələbə adını qazanıb. Belə ki, o, ikinci ali təhsil üçün imtahan verib və sınaqdan uğurla keçərək Azərbaycan Texniki Universitetinin Logistika və nəqliyyat texnologiyaları ixtisasına qəbul olub. O, birinci ali təhsilini isə BDU-nun Jurnalistika fakültəsində alıb.

Qanunvericiliyə görə, Azərbaycanda ikinci ali təhsili almaq yalnız ödənişli əsaslarla mümkündür.

Müəllif: BY_LoRD
BY_LoRD