Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Oğuzda 53 yaşlı kişi çayda çimərkən boğuldu
 
						Oğuzda 53 yaşlı kişi çayda çimərkən boğuldu
Əlavə olunub: 08.29.2024 | 19:20 | Baxılıb: 1220
Oğuz rayonunda çaydan kişi meyiti tapılıb.

“azserver.biz"in məlumatına görə, hadisə Oğuz şəhəri ərazisindən keçən Əlicançay çayında baş verib.

Belə ki, rayon sakini 1971-ci il təvəllüdlü Teymur Əmrah oğlu Budaqov istirahət etmək məqsədilə çay sahilinə gedib.

Məlumata görə, 53 yaşlı T. Budaqov spirtli içkinin təsiri altında çayda çimərkən boğularaq ölüb.

Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Müəllif: BY_LoRD
BY_LoRD