Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
“Qırmızı”da keçən avtobus sürücüləri cəzalandırıldı - Video
 
						“Qırmızı”da keçən avtobus sürücüləri cəzalandırıldı 
							 - Video
Əlavə olunub: 08.29.2024 | 16:56 | Baxılıb: 1713
Abşeron rayonu ərazisində svetoforun qırmızı işığından keçən, sərnişinlərin həyatını təhlükəyə atan iki avtobus sürücüsü saxlanılıb.

Bu barədə “azserver.biz”ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, sürücülər, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Quliyev Kəmaləddin Yavər oğlu (“İsuzu” markalı 10-TG-026 dövlət qeydiyyat nişanlı) və Rəcəbov Firdovsi Abgül oğlu (“İsuzu” markalı 90-RB-533 dövlət qeydiyyat nişanlı) sərnişin dolu avtobusla həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına ataraq nizamlayıcının qırmızı işığından keçiblər. Onlar DYP-yə dəvət olunaraq profilaktiki söhbətlər aparılıb və pozmuş olduqları qayda pozuntusu ilə bağlı hər iki sürücü barəsində qanuni tədbirlər görülüb.

Qeyd edək ki, sosial şəbəkələrdə Xırdalanın Heydər Əliyev prospektində müxtəlif marşrut xətləri üzrə hərəkət edən iki marşrut avtobusunun ötüşməsi və işıqforun qırmızı işığında keçməsini əks etdirən görüntülər yayılıb.

Müəllif: BY_LoRD
BY_LoRD