Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Quba-Xınalıq yolundakı körpü uçub - Fotolar
 
						Quba-Xınalıq yolundakı körpü uçub 
							 - Fotolar
Əlavə olunub: 09.03.2024 | 10:32 | Baxılıb: 2622
Quba rayonundan Xınalıq kəndinə gedən yolda yerləşən körpü uçub. 

“azserver.biz” xəbər verir ki, körpü intensiv yağıntılardan sonra yaranmış güclü sel suları nəticəsində dağılıb. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, hadisə bir müddət əvvəl baş verib və hazırda bununla bağlı layihə hazırlanıb: “Körpü təxminən bir ay öncə uçub. Bununla bağlı təkliflər, yeni layihələr hazırlanıb və təqdim olunub. Yəqin ki, yaxın günlərdə yeni körpünün inşasına başlanılacaq.

Hazırda vətəndaşların istifadə etməsi üçün alternativ olaraq yolumuz var. Sürücülər Alpan-Susay-Xınalıq yolundan alternativ olaraq istifadə edə bilirlər. Qısa müddətdə yeni körpünün də tikintisinə başlanılacaq”.

Lamiyə Məmmədova 

Müəllif: BY_LoRD
BY_LoRD