Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Rejissoru vurub qaçan 3 nəfər tutuldu
 
						Rejissoru vurub qaçan 3 nəfər tutuldu
Əlavə olunub: 08.30.2024 | 10:48 | Baxılıb: 2319
Paytaxtın Nəsimi rayonunda rejissor Elvin Adıgözəli velosipedlə vurub qaçan şəxslər saxlanılıb.

Bu barədə “azserver.biz”ya DİN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, avqustun 25-i axşam saatlarında E.Adıgözələ qarşı hüquqazidd hərəkətlər edən E.Əsgərov, C.İsmayılov və Q.Abdullayev polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıblar.

Fakt üzrə Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində rejissorun qolu sınıb, dizləri əzilib və çoxsaylı xəsarətlər alıb.

E.Adıgözəl hadisəni törədənlərin təcili yardım çağırmaq əvəzinə oradan qaçdıqlarını bildirib. O, xəstəxanaya getmək üçün özü taksi çağırmalı olub.

Müəllif: BY_LoRD
BY_LoRD