Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Şəhid qardaşı Ali Məclisə lider namizədlərdəndir
 
						Şəhid qardaşı Ali Məclisə lider namizədlərdəndir
Əlavə olunub: 09.02.2024 | 16:40 | Baxılıb: 4345
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin dairələr üzrə lider namizədlərinin adları açıqlanıb.

“azserver.biz"in məlumatına görə, lider namizədlərdən biri şəhid kapitan Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədovdur.

Qeyd edək ki, Toğrul Səyyad oğlu Məmmədov 1988-ci il iyulun 26-da Naxçıvan MR Babək rayonunun Şıxmahmud kəndində anadan olub.

2012-ci ildə baş leytenant hərbi rütbəsinə layiq görülən T. Məmmədov 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. O, 2016-cı il iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə şəhadətindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Fotoda şəhid Toğrul Məmmədov

Müəllif: BY_LoRD
BY_LoRD