Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
“Şlyapa Zahid” Ali Məhkəməyə müraciət etdi
 
						“Şlyapa Zahid” Ali Məhkəməyə müraciət etdi
Əlavə olunub: 08.28.2024 | 17:03 | Baxılıb: 3835
Müdafiə Nazirliyinin hazırda başqa cinayətə görə məhkəməsi gedən məşhur sabiq zabiti Zahid Niftəliyev əvvəlki hökmündən narazıdır.

“azserver.biz"in əldə etdiyi məlumata görə, “Şlyapa Zahid” kimi tanınan Niftəliyev barəsindəki 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə ilə bağlı qərardan kassasiya şikayəti verib.

Məlumat üçün deyək ki, Z.Niftəliyev külli miqdarda rüşvət almaqda ittiham edilib. Tərtər Hərbi Məhkəməsi isə onun əməlini daha yüngül maddəyə tövsif edib. Hökmə əsasən, Niftəliyev 10 min manat cərimə cəzasına məhkum edilərək azadlığa buraxılıb.

Bundan sonra, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış yeni cinayət işi üzrə Zahid Niftəliyev həbs edilib. Gəncə Apellyasiya Məhkəməsinin yeni qərarı ilə isə “Şlyapa Zahid” 8 il 6 ay, onunla birgə ittiham olunaraq əvvəlki məhkəmədə bəraət alan N saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev 8 il azadlıqdan məhrum edilib.

İttihamları nə “Şlyapa  Zahid”, nə də Elsəvər Niftəliyev qəbul edir. Hər ikisi bəraət tələbi ilə Ali Məhkəməyə müraciət ediblər.

Şikayətlərə yaxın aylarda baxılacaq.

Qeyd edək ki, Zahid Niftəliyev DTX tərəfindən tutulduğu iş üzrə 42 milyon manat mənimsəmədə ittiham olunur. Hazırda həmin işlə bağlı məhkəmə araşdırması gedir.

Zahid Niftəliyev Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi məşhurlaşıb.

Sail Ağasəlim

Müəllif: BY_LoRD
BY_LoRD