Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
“Sosial şəbəkələrdə yayılanlar mütləq araşdırılacaq”
 
						“Sosial şəbəkələrdə yayılanlar mütləq araşdırılacaq”
Əlavə olunub: 09.04.2024 | 16:50 | Baxılıb: 2565
“Haqqımızda deyilənlər bizi maraqlandırmır”.

“azserver.biz” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M.Pənahov qeyd edib ki, kimsə Mərkəzi Seçki Komissiyasının fəaliyyətinə kölgə salmağa çalışırsa, bununla bağlı müvafiq qərar qəbul ediləcək:

“Bizə isə heç kimin qabaqdangəlmişliyi təsir edə bilməz. MSK illərdir eyni prinsiplə işləyir. Verdiyimiz qərarların hamısı əsaslandırılıb. Haqqımızda yazılanlar, yayılanlar bizi maraqlandırmır. Öz işimizi görürük. Bütün müraciətlər, məlumatlar, hətta sosial şəbəkələrdə yayılanlar mütləq araşdırılacaq, əsaslı qərar qəbul olunacaq”.

Nuranə Daxilqızı

Müəllif: BY_LoRD
BY_LoRD