Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Sumqayıtda üzərində narkotik aşkarlanan kişi qəfil öldü
 
						Sumqayıtda üzərində narkotik aşkarlanan kişi qəfil öldü
Əlavə olunub: 09.15.2024 | 19:13 | Baxılıb: 2624
Sumqayıt şəhərində narkotik cinayətlərinə görə dəfələrlə məhkum olunan, narkotik aludəçisi ürəktutmadan ölüb.

“azserver.biz” xəbər verir ki, şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən tədbirlərlə üzərindən 2 bükümdə psixotrop maddə olan metamfetamin aşkarlanan 1979-cu il təvəllüdlü Sahib Gözəli saxlanılıb. Bu zaman onun halı qəfil pisləşdiyindən təcili tibbi yardım çağırılaraq xəstəxanaya aparılıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, S.Gözəlinin həyatını xilas etmək mümkün olmayıb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: BY_LoRD
BY_LoRD