Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Teleqram məşhur funksiyanı ləğv edib?
 
						Teleqram məşhur funksiyanı ləğv edib?
Əlavə olunub: 08.31.2024 | 20:58 | Baxılıb: 2461
Teleqramdakı “Yaxınlıqdakı insanlar” funksiyası fəaliyyətini dayandırıb.

“azserver.biz” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Teleqram isə dəyişiklikləri hələ şərh etməyib. Agentlik bildirir ki, bu hal messencerin yaradıcısı Pavel Durovun Fransada saxlanılması fonunda baş verib.

Qeyd edək ki, funksiya yaxınlıqdakı istifadəçilərlə tez əlaqə saxlamaq və ya yeni dostlar tapmaq üçün nəzərdə tutulub.

Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.

Müəllif: BY_LoRD
BY_LoRD