Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Toyda qonağı ölümcül hala salan saxlanıldı
 
						Toyda qonağı ölümcül hala salan saxlanıldı
Əlavə olunub: 09.12.2024 | 10:15 | Baxılıb: 3331
Göygöl rayonunda toyda düşən davaya görə cinayət işi başlanılıb.

“azserver.biz” xəbər verir ki, hadisə sentyabrın 11-nə keçən gecə Balçılı kəndində qeydə alınıb.

“Sərin” şadlıq sarayında Ağstafa rayon sakini, 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev döyülüb. Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ramiz Cəlilov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.

İlkin məlumata görə, hadisə toyda musiqi sifarişi üstündə baş verib. Münaqişə zəminində Ramiz Elbəyinin başına yumruqla ağır zərbələr endirib. E.Nəbiyev kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müəllif: BY_LoRD
BY_LoRD