Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Tozlu hava neçə gün davam edəcək?
 
						Tozlu hava neçə gün davam edəcək?
Əlavə olunub: 09.03.2024 | 14:41 | Baxılıb: 5246
“Avtomatik meteoroloji stansiyalardan alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir”.

Bu barədə “azserver.biz”ya Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

O bildirib ki, sentyabrın 2-dən başlayaraq tozlu hava kütlələri cənub-şərq axınları vasitəsilə ölkə ərazisinə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir: “İl ərzində Mərkəzi Asiya səhralarında baş verən qum fırtınası cənubda Ərəbistan yarmadasında, şərqdə Türkmənistan səhrasında toz burulğanları yaradır və formalaşan bu toz kütlələri cənub və şərq istqamətli hava axınları vasitəsilə ölkəmizə keçir və əsasən Bakı şəhərində, Abşeron yarımadasında toz-dumanın yaranmasına səbəb olur. Son illər iqlim dəyişmələrinin təsiri nəticəsində bu prosesin daha tez-tez təkrarlanması müşahidə edilir”.

Xidmət rəsmisi əlavə edib ki, sinoptik şəraitə görə, hazırda ölkə ərazisində hava şəraitini antisiklon təyin edir və nəticədə hava isti və quraq keçir, cənub-şərq küləklərinin üstünlüyü qeydə alınır: “Belə durğun hava şəraiti cənub-şərq axınları vasitəsilə ölkə ərazisinə daxil olan toz hissəciklərinin havada daha çox qalmasına şərait yaradır. Ölçüsü 2,5 mikrondan kiçik toz hissəcikləri (PM2,5) havada asılmış vəziyyətdə qalaraq yuxarı tənəffüs orqanlarına təsir göstərdiyi üçün əhaliyə açıq havada az olmaları və yaxud qoruyucu maskalardan istifadə etmələri tövsiyə edilir”.

Müəllif: BY_LoRD
BY_LoRD