Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
“Tozun miqdarı axşam saatlarından etibarən azalacaq”
 
						“Tozun miqdarı axşam saatlarından etibarən azalacaq”
Əlavə olunub: 09.04.2024 | 11:32 | Baxılıb: 1092
“Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında dünənlə müqayisədə  azalma müşahidə olunur”.

“azserver.biz” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 2-2.5 dəfə çoxdur:

“Sinoptik vəziyyətlə əlaqədar bu gün ölkə ərazisində şimal-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən də havada tozun miqdarının axşam saatlarından başlayaraq tədricən azalacağı gözlənilir”.

Xatırladaq ki, dünən havada tozun miqdarı normadan 4-4.5 dəfə yüksək olub.

Müəllif: BY_LoRD
BY_LoRD