Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
XİN-dən Pakistandakı terror aktına - Sərt münasibət
 
						XİN-dən Pakistandakı terror aktına 
							 - Sərt münasibət
Əlavə olunub: 08.26.2024 | 21:07 | Baxılıb: 1936
Xarici İşlər Nazirliyi (XİN) Pakistanda 51 nəfərin ölümü ilə nəticələnən terror aktını sərt qınayıb.

“azserver.biz” xəbər verir ki, bu barədə XİN-in “X” səhifəsində məlumat verilib.

“Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində onlarla insanın həlak olması xəbərindən sarsılmışıq, terrorun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, həlak olanların ailələrinə səmimi başsağlığı veririk. Azərbaycan qardaş Pakistan İslam Respublikası ilə həmrəydir”.

Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində azı 51 nəfər ölüb.

Müəllif: BY_LoRD
BY_LoRD