Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Azserver.Biz En Son Xeberler Azserver.Biz
Yük maşını körpüdən aşdı - Ölənlər var - Yenilənib
 
						Yük maşını körpüdən aşdı 
							 - Ölənlər var - Yenilənib
Əlavə olunub: 08.29.2024 | 09:01 | Baxılıb: 3625
Bu gün saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “azserver.biz”ya verilən məlumata görə, hadisə nəticəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddət ərzində söndürülüb.

Hadisənin baş verdiyi vaxt həmin sahədə qatarlar hərəkətdə olmayıb. Hazırda yük maşınının sahədən götürülməsi üçün tədbirlər görülür və dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.

İlkin araşdırmalara əsasən dəmiryol xəttinin kontakt şəbəkəsi ciddi zədələnib və hazırda həmin istiqamət üzrə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində sürücü həyatını itirib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupu da hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində "DAF" markalı yük avtomobilinin sürücüsü  idarəetməni itirib və avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: BY_LoRD
BY_LoRD