Yaponiyanın "Liberty Walk" tüninq studiyası Tokio Avtomobil Salonunda "Lamborghini Miura" əsasında yeni "LB-Silhouette WORKS GT" modelini təqdim edib. azserver.biz xarici mediaya istinadla xəbər verir ki, bu yeni model tamamilə yeni bir kuzovla hazırlanıb. "Lamborghini Miura" 1965-ci ildə Cimpaolo Dallaranın iştirakı ilə yaradılıb və dizaynı "Bertone" studiyasında Marçello Qandini tərəfindən həyata keçirilib. 1966-cı ildə satışa çıxan avtomobil 275 km/saat (178 mil/saat) sürəti ilə "AC Cobra Mk III 427"ni geridə qoyaraq, ən sürətli yol avtomobili olub. "Lamborghini Miura", tarixdə ilk superkar hesab olunur və bu gün onun dəyəri milyonlarla dollar təşkil edir. Fidan
azserver.biz