Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
“Mütaliə ruhu” adlı respublika yaradıcılıq müsabiqəsinin yekun sərgiləri acılacaq
“Mütaliə ruhu” adlı respublika yaradıcılıq müsabiqəsinin yekun sərgiləri acılacaq
Elave olunub: 15 Yanvar 2025 14:05 | Baxilib: Baxış:293
"Mütaliə ruhu" adlı respublika yaradıcılıq müsabiqəsinin yekun sərgiləri acılacaq. Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi, Azərbaycan Rəssamlıq  Akademiyası, Azərbaycan Televiziya və  Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Uşaq  Sənəti Qalareyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə kitab mütaliəsinə rəng qatan illüstrasiya ənənəsini unutdurmamaq məqsədilə uşaq, yeniyetmə və gənclər arasında elan olunmuş "Mütaliə ruhu" adlı respublika yaradıcılıq müsabiqəsinin yekun sərgiləri acılacaq. Nəzərinizə çatdiraq ki,müsabiqə üçün ölkəmizin müxtəlif guşələrindən 1500-dən çox iştirakçı 2000-ə yaxın əsər göndərmişdilər.
İlkin seçimlərdə 900 iştirakçının 1100-dən bir qədər çox əsəri sərgilənmək üçün seçildi.
Seçilən əsərlər və müəlliflər  https://online.fliphtml5.com/pwipgj/mhqn/#p=1 Əsəri sərgilənən müəlliflərə sertifikat, fəal məktəblərə təşəkkürnamə təqdim ediləcək.
Seçim heyyəti:
1. Arif Hüseynov - Xalq Rəssamı professor
2. Gündüz Həbibov - Xətai Sənət Mərkəzi Rəssam pedaqoq
3. Vəfadar Baharov -
 Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Baş müəllim 4.Calal Ağayev - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
5.İlham İsmayılov  - 2№ İncəsənət Məktəbi rəssam - pedaqoq
6.Samir Sadıxov - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası dosent
7.Zöhrab Cabbarov - Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti Baş müəllim
Təqdim olunan əsərlərin böyük əksəriyətində xalqımızın ruhunu oxşayan, fərdi, ənənəvi, Azərbaycana xas, müasir-avanqard  yanaşmalarla uşaq və xalq ədəbiyyatı, müəllif əsərləri, həmçinin, təbiət və məişət mövzulu ədəbiyyat nümunələrində bəhs olunan səhnə və epizodları xarakterizə etdirən illüstrasiya və ya miniatür texnikası yönümlü əsərlər çoxluq təşkil edir. Müəlliflər arasında uşaqlar, yeniyetmələr, gənclər və yuxarı yaş qrupunun nümayəndələri, həmçinin, tədbirin qaydalarına uyğun olaraq müəllim və valideynlərlə ortaq yaradılmış əsərlərlə qoşulanlarda yer alır.
Muellif: BY_LoRD
Xeberler, Hadiseler, Dizayinin Sizlere Teqdim Edirem imza AYXAN ALLAHVERDİYEV....