Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Mask yenə məhkəməyə verildi
Mask yenə məhkəməyə verildi
Elave olunub: 15 Yanvar 2025 15:08 | Baxilib: Baxış:445
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC), Elon Musk-ı sosial media platforması Twitter-in (indiki adı ilə "X") səhmlərini alarkən zəruri bildirişləri vaxtında təqdim etməməkdə ittiham edərək məhkəməyə müraciət edib. azserver.biz-ın Haber Global-a istinadən verdiyi məlumata görə, məhkəmə sənədlərində SEC iddia edib ki, Musk bu davranışı ilə səhmləri daha aşağı qiymətlərlə almağa davam edib və nəticədə ən azı 150 milyon dollar az ödəniş edib. Qanunlara əsasən, Musk 5 faizlik həddi keçdikdən sonra 10 gün ərzində SEC-ə bildiriş təqdim etməli idi, lakin o, bu öhdəliyi yerinə yetirməyib. 4 aprel 2022: Bildiriş müddətini 11 gün gecikdirdikdən sonra Musk SEC-ə təqdim etdiyi hesabatda Twitter səhmlərinin 9 faizindən çoxunu aldığını açıqlayıb. Həmin gün Twitter səhmlərinin dəyəri 27 faizdən çox artıb. SEC qeyd edir ki, Musk-ın bildiriş gecikdirməsi nəticəsində investorlar Twitter səhmlərini süni olaraq aşağı qiymətlərlə satmaq məcburiyyətində qalıb və ciddi maliyyə zərərinə uğrayıblar.
Muellif: BY_LoRD
Xeberler, Hadiseler, Dizayinin Sizlere Teqdim Edirem imza AYXAN ALLAHVERDİYEV....