Fransada Anna adlı 53 yaşlı qadın dələduz qurbanı olub. azserver.biz xəbər verir ki, tanımadığı bir şəxs sosial şəbəkə üzərindən özünü Hollivud ulduzu Bred Pitt kimi təqdim edərək onunla sevgili olub. Anna onun həqiqətən Bred Pitt olduğuna inanıb. Dələduz evli qadına Bred Pittin süni intellektlə düzələn foto və videolarını atıb. Bütün bunlardan sonra qadın varlı ərindən boşanaraq "Saxta Bred Pitt"lə evlənmək qərarına gəlib. O həyat yoldaşından boşanan vaxt 830 000 avro civarında təzminat alır. Bunu bilən dələduz Annaya xərçəng xəstəsi olduğunu və əməliyyat üçün külli miqdarda pula ehtiyacı olduğunu deyib.