Azserver.Biz
Bu dizaynı hec kimə icazə vermirəm mənən icazəsiz burdan nəsə goturub saytına ve ya serverinə yığan yigdiran peysərdi İmza: BY_LoRD!
Tələbələrə ŞAD XƏBƏR: Avtobuslarda GÜZƏŞT OLACAQ
Tələbələrə ŞAD XƏBƏR: Avtobuslarda GÜZƏŞT OLACAQ
Elave olunub: 21 Yanvar 2025 11:21 | Baxilib: Baxış:1885
Bir neçə ay əvvəl "TələbəPlus" kartları tələbələrin istifadəsinə verilib. azserver.biz xəbər verir ki, bu kartlar universitetə giriş və çıxışı təmin etməklə yanaşı debet bank kartı və tələbələrin təqaüd kartı kimi də yararlıdır. Əsas üstünlüyü imtiyaz və endirimlər təqdim etməsidir. Amma tələbələr bu fürsətin ictimai nəqliyyatda da rol oynamasını istəyirlər. Onlar bildiriblər ki, yol xərcləri kifayət qədər çoxdur. Təhsil üzrə mütəxəssislər isə düşünürlər ki, bir çox Avropa ölkələrinin təcrübəsində özünü doğruldan "nəqliyyatda tələbələrə güzəştlər"in ölkəmizdə də həyata keçirilməsi yaxşı olardı. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, müxtəlif əhali qruplarından olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqlarının tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Yalnız bundan sonra sözügedən güzəştlər tətbiq oluna bilər. Təhsilin İnkişaf Fondundan isə bildirildi ki, bu təkliflə bağlı müvafiq qurumlarla danışıqlar aparılır. Güzəştlərə daha çox tərəfdaşın qoşulması üçün yerli və beynəlxalq şirkətlərlə görüşlər keçirilir. Asya
azserver.biz
Muellif: BY_LoRD
Xeberler, Hadiseler, Dizayinin Sizlere Teqdim Edirem imza AYXAN ALLAHVERDİYEV....